Bank Of Baku

Yuliya Timoşenko Xarkov klinikasına köçürülüb

Yuliya Timoşenko Xarkov klinikasına köçürülüb
# 21 aprel 2012 02:52 (UTC +04:00)
Bakı-APA. Hazırda Xarkovda həbsxanada cəzasını çəkən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bu gecə «Ukrzaliznıtsya» şirkətinin klinikasına aparılıb. Bu barədə Xarkovun «Qlavnoe» internet portalı məlumat yayıb. Ukrayna Penitensiar xidməti bu məlumatı təsdiq edib.

Timoşenkonun müdafiəsi onun səhhətində ciddi problemlər olduğunu iddia edir. Onların sözlərinə görə keçmiş baş nazir sərbəst surətdə yeriyə bilmir. Timoşenko özü isə onu xarici mütəxəssislərin müalicə etməsini tələb edir. Ukrayna baş prokurorluğu Yuliya Timoşenkonun xaricdə müalicəsinə icazə verilməyəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR