Bank Of Baku

Yuliya Timoşenko aclığa başlayıb

Yuliya Timoşenko aclığa başlayıb
# 24 aprel 2012 14:20 (UTC +04:00)
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Y. Timoşenkonun vəkili, deputat Sergey Vlasenko onun aprelin 20-dən etibarən qida qəbulundan imtina etdiyini açıqlayıb. Həmin gün Y. Timoşenko həbsxanadan zorla xəstəxanaya aparılıb. S. Vlasenko deyib ki, 3 kişi keçmiş baş nazirin kamerasına girib üzərinə örtük (“pokrıval”) ataraq onu aparıb. Bu zaman Timoşenkonun qarnına yumruq zərbəsi də endirilib və o, huşunu itirərək xəstəxanada ayılıb: “Onun əlləri göyərib və qarnı qançır olub. Bu xəsarətlər məhkəmə-tibb eksperti tərəfindən qeydə alınıb. Timoşenkonun aclığı ölkədə və azadlıqdan məhrumetmə yerlərində baş verənlərə etirazdır”.

Qeyd edək ki, Y. Timoşenko 2 gün xəstəxanada qaldıqdan sonra həbsxanaya geri göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR