Bank Of Baku

MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçirilib - FOTO

MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçirilib - <font color=red>FOTO</font>
# 26 aprel 2012 13:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstanın Almatı şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının 67-ci toplantısı keçirilib. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, iclasda şuranın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, həmçinin 25-27 may tarixlərində Moskvada növbədənkənar toplantının keçirilməsinə dair məsələlər müzakirə olunub.

Toplantıda birlik ölkələrinin sərhəd xidmətlərinin əməkdaşlığının aktual problemləri, 2012-ci ildə keçirilməsi nəzərdə tutulan birgə praktik tədbirlər də müzakirə edilib və müasir şəraitdə MDB ölkələrinin sərhəd təhlükəsizliyinin təminatı, şuranın koordinasiya xidmətinin ştat strukturunun optimallaşdırması üzrə təkliflərə baxılıb.

Tədbirdə Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR