Bank Of Baku

Ukraynanın Dnepropetrovsk şəhərində partlayışlar baş verib, yaralananlar var – FOTOSESSİYA

Ukraynanın Dnepropetrovsk şəhərində partlayışlar baş verib, yaralananlar var – <font color=red>FOTOSESSİYA </font>
# 27 aprel 2012 14:18 (UTC +04:00)
APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 11.40-də Opera teatrının qarşısındakı tramvay dayanacağında zibil qutusu partlayıb. Partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Olaydan sonra tramvayların hərəkəti dayandırılıb, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb, olay yerinə bomba mütəxəssisləri gəlib.

40 dəqiqə sonra Karl Marks prospekti və Serov küçəsinin kəsişməsində, “Rodina” kinoteatrının yanındakı zibil qutusunda ikinci partlayış baş verib. Saat 12.45-də K. Marks prospektində daha bir partlayış olub. Saat 13.00 radələrində isə ilk partlayışın olduğu yerdə daha bir partlayış baş verib. Hüquq-mühafizə orqanları prospekti bağlayıblar. Prospektdəki bütün zibil qutuları yoxlanılır. Şəhərə 3 zirehli hərbi maşının (BTR) müşayiəti ilə avtomatla silahlanmış “Berkut” xüsusi təyinatlı milis dəstəsi göndərilib.

Ukrayna Fövqəladə Hallar Nazirliyi ümumilikdə 27 nəfərin yaralandığını açıqlayıb. Onlardan 25-i xəstəxanaya yerləşdirilib.

Ukrayna Baş Prokurorluğu fakt üzrə “terror aktı” maddəsi ilə cinayət işi qaldırıb. Daxili işlər naziri Vitali Zaxarçenko, baş prokurorun müavini Viktor Voyçişen, Təhlükəsizlik Xidməti rəhbərinin 1-ci müavini Pyotr Şatkovski hadisə yerinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR