Bank Of Baku

Ukrayna beynəlxalq təşkilatlara terror aktlarının açılmasında kömək göstərmələri üçün müraciət edib

Ukrayna beynəlxalq təşkilatlara terror aktlarının açılmasında kömək göstərmələri üçün müraciət edib
# 28 aprel 2012 00:57 (UTC +04:00)
Bakı-APA. Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror mərkəzi beynəlxalq təşkilatlara dünən Dnepropetrovsk şəhərində baş vermiş terror aktlarının üstünün açılmasında kömək göstərmələri üçün müraciət edib. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir.

Baş vermiş hadisə ilə bağlı Ukrayna prezidenti Viktor Yanukoviç baş prokuror Viktor Pşonkay, Təhlükəsizlik Xidmətinin şefi İqor Kalininə və daxili işlər naziri Vitali Zaxarçenkoya bir həftəyə cinayətin üstünü açmaq göstərişini verib.

Təhlükəsizlik xidməti hadisə ilə bağlı ilk saxlanılanların olması barədə məlumatı təkzib edib.

Qeyd edək ki, Dnepropetrovsk şəhərində baş vermiş partlayışda 29 nəfər xəsarət alıb. Yaralananlardan 9-u yeniyetmədir. 4 yaralı xəstəxanada müalicə olunmaqdan imtina edib. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Xatırladaq ki, dünən şəhərin müxtəlif hissələrində zibil qutularına yerləşdirilmiş partlayıcı qurğuların işə salınıb. Rəsmi orqanlar şəhərdə 4, kütləvi informasiya vasitələri isə 11 partlayışın baş verdiyini bildirirlər. Dnepropetrovsk prokurorluğu «terror aktı» maddəsi ilə cinayət işi cinayət işi açıb. Mayın 2-dək şəhərdə bütün kütləvi tədbirlər qadağan edilib. Ukrayna DİN Dnepropetrovsk vilayəti üzrə Baş idarəsinin rəisi Viktor Babenko yeni partlayış təhlükəsinin olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR