Bank Of Baku

Rusiya XİN başçısı Sergey Lavrov: «İran bank sisteminə qarşı sanksiyalar BVF-nun nizamnaməsinə ziddir»

Rusiya XİN başçısı Sergey Lavrov: «İran bank sisteminə qarşı sanksiyalar BVF-nun  nizamnaməsinə ziddir»
# 28 aprel 2012 02:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran bank sisteminə qarşı sanksiyalar Beynəlxalq Valyuta Fondunun (BVF) nizamnaməsinə ziddir”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, BVF-nun nizamnaməsinə əsasən fond üzvləri bank əməliyyatları vasitəsilə həyata keçirilən ticarət və digər iqtisadi əlaqələr üzrə xidmətləri təmin etməlidirlər: “Tehrana qarşı sanksiyalar, xüsusən də BMT Təhlükəsizlik Şurasının İrana bağlılığı olan şirkətlərə, fiziki və hüquqi şəxslərə qarşı qəbul etdiyi sanksiyalar faktiki olaraq bu ölkənin iqtisadiyyatını məhv etməyə yönəlib. Qərb, ABŞ, Yaponiya və bir sıra başqa ölkələr Tehrana qarşı birtərəfli sanksiyaları qəbul etdilər. Biz və Çin buna getmədik. Avropa Birliyi İran neftini almaqdan imtina edir. Halbuki, AB-nin bir çox ölkələri bu neftdən asıldırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR