Bank Of Baku

Moskvada “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfrans başlayıb - FOTO

Moskvada “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfrans başlayıb - <font color=red>FOTO</font>
# 03 may 2012 11:33 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfrans başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil olunan konfransda müdafiə naziri Anatoli Serdyukov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Markov, NATO-nun yüksək vəzifəli şəxsləri və 50 ölkədən gələn nümayəndə heyəti iştirak edir.

Konfransda çıxış edən A. Serdyukov bildirib ki, Rusiya və NATO arasında ABŞ-ın raket hücumundan müdafiə sistemi barədə aparılan danışıqlar dalana dirənib: “Rusiya və NATO 2010-cu ildə keçirilən Lissabon sammitində Avropa raket hücumundan müdafiə layihəsi üzrə birgə əməkdaşlıq etmək haqda razılığa gəliblər. Lakin danışıqlar ABŞ-ın Rusiyaya hüquqi qarantiya verməməsi səbəbindən dalana dirənib. ABŞ Rusiyaya Avropada qurduğu raket hücumundan müdafiə sistemi şəbəkəsinin Rusiyaya qarşı istifadə edilməyəcəyinə dair hüquqi təminat vermək istəmir. Qarşılıqlı anlaşma əldə etmək hələ mümkün olmayıb”.

A. Serdyukov deyib ki, mayın 20-də ABŞ-ın Çikaqo şəhərində keçiriləcək NATO sammitində Avropa raketdən müdafiə sistemlərinin ilkin əməliyyat hazırlığının elan olunması planlaşdırılır: “Hazırda bizim ölkələr dilemma qarşısında qalıblar. Biz ya əməkdaşlıq edərək yaranan raket təhdidlərinə cavab verəcəyik, ya da qarşı tərəfin həyata keçirdiyi raket hücumundan müdafiə planlarından asılı olaraq hərbi-texniki tədbirlər görmək məcburiyyətində qalacağıq”.

Nazir bütün bunlara baxmayaraq, ABŞ və Rusiyanın razılığa gələ biləcəklərini söyləyib: “Son vaxtlar iki ölkə arasında razılığın əldə olunmasının mümkün olmadığı söylənilir. Biz belə tezislə razılaşmırıq”.
Daha sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib. O, Rusiya prezidenti Dmitri Medvedevin salamlarını konfrans iştirakçılarına çatdırıb. N. Patruşev bildirib ki, Rusiya və NATO-nun birgə raketdən müdafiə sistemi yaratması problemin ən optimal variantıdır: “Birgə sistemin yaradılması qitənin təhlükəsizliyini möhkəmləndirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR