Bank Of Baku

Qazaxıstanın hərbi attaşesi: Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq ən vacib yerlərdən birini tutur - FOTO

Qazaxıstanın hərbi attaşesi: Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq ən vacib yerlərdən birini tutur - <font color=red>FOTO</font>
# 04 may 2012 19:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Mayın 4-də Bakıda Qazaxıstan Silahlı Qüvvələrinin yaradılmasının 20 illiyinə həsr olunmuş qəbul təşkil edilib.
APA-nın məlumatına görə, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Marat Batalov Qazaxıstanın prezident Nursultan Nazarbayevin rəhəbrliyi altında ən yüksək beynəlxalq standartlara cavab verən peşəkar silahlı qüvvələrin yaradılması üçün kompleks tədbirlər gördüyünü bildirib: «Güclü ordu sabitliyin və dövlətin beynəlxalq arenada suverenliyinin zəmanətidir».

Attaşe qeyd edib ki, Qazaxıstanda ordunun müasirləşdirilməsi və bu sahədə kadrların hazırlığına böyük diqqət ayrılır.

M. Batalov Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın ən vacib yerlərdən birini tutduğunu da bildirib. Belə ki, qazaxıstanlı kursantlar Azərbaycanın Ali Hərbi-dəniz məktəbində tədris alırlar. Bu il onların ilk buraxılışı olacaq.

Qəbulda Azərbaycanda akkreditə olunmuş MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri, Azərbaycan müdafiə nazirliyinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR