Bank Of Baku

Gürcüstan paytaxtında Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Gürcüstan və Azərbaycan rəsmilərinin görüşü keçirilib

Gürcüstan paytaxtında  Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Gürcüstan və Azərbaycan rəsmilərinin görüşü keçirilib
# 04 may 2012 19:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtındakı Marabda-Kartsaxi layihəsinin ofisində Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Azərbaycan və Gürcüstan rəsmilərinin görüşü keçirilib. Görüşdən öncə tədbir iştirakçıları Tiflisdə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü “Marabda-Kartsaxi” MMC-nin rəhbəri Bdzina Breqvadze açaraq hər həftənin cümə günləri layihə ilə bağlı məsələlin müzakirə edəcəklərini bildirib. Görüşdə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov BTQ layihəsinin tikintisinin daha da sürətləndirilməsi və qarşıya qoyulan başlıca məsələlərin vaxtında yerinə yetirilməsi haqqında fikirlərini bildirib və layihə rəsmiləri ilə həlli vacib olan məsələlər müzakirə olunub. Görüş jurnalistlər üçün qapalı keçirilib.
“Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında BTQ layihəsinin tikintisinin qrafik üzrə davam etdiyini bildirib. Onun sözlərinə görə, qış aylarında BTQ tikintisində işlər bir az ləngimişdi. “Havaların qarlı keçməsi işlərimizə mane olurdu. İndi layihə üzrə işlər sürətlənir. Biz bu ilin sonuna qədər ilk qatarı yola salacaq və 2013-cü ilin sonuna qədər isə dəmiryolu layihəsini tam Avropa standartlarına uyğun istifadəyə verəcəyik”.
Tədbirdə iştirak edən “Azərbaycan Dəmir yolları Səhmdar cəmiyyətinin sədr müavini Qurban Nəzirov jurnalistlərə BTQ layihəsinə birləşəcək Böyük-Kəsik sahəsində dəmiryol tikintisinin 80 km-də əsaslı təmir işlərinin tamamilə başa çatdığını bildirib. “ Bu sahədə qatarların sürətini saatda 100 km-ə qaldırmışıq. Gələn ilin sonuna kimi BTQ-nin Tiflis layihəsi çərçivəsində 317 km dəmiryolun bərpasını tam başa çatdıracağıq. Biz elektrik təsərrüfatı və yol nişanları üçün tender elan etmişik. İki aydan sonra bu sahədə də işlərimiz qaydasında gedəcək. Gələn ilin sonuna qədər BTQ layihəsinin vaxtında istifadəyə verilməsi üçün dəmiryolu xəttində yenidənqurma işlərini sürətləndiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR