Bank Of Baku

MDB hökumət başçıları Aşqabadda 30 sənədi müzakirəyə çıxaracaq

MDB hökumət başçıları Aşqabadda 30 sənədi müzakirəyə çıxaracaq
# 05 may 2012 07:59 (UTC +04:00)
APA-nın MDB İcraiyyə Komitəsinə istinadən xəbərinə görə, bu məsələlərin böyük əksəriyyəti iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı olacaq.

Müzakirə olunacaq sənədlər arasında MDB üzvü olan ölkələrin maliyyə xidmətləri bazarının liberallaşdırılması haqqında Konsepsiya, inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq sazişi, sənaye sahəsində əməkdaşlıq və MDB ölkələrinin sənaye siyasəti üzrə Şuranın yaradılması haqqında saziş layihələri də var.

Humanitar əməkdaşlıq sahəsində “2020-ci ilədək beynəlxalq gənclik əməkdaşlığı Strategiyası”nın reallaşdırıması üzrə 2012-2013-cü illər üçün tədbirlər planı, MDB ölkələrinin Turizm Şurası haqqında saziş layihələri müzakirəyə çıxarılacaq.

İclasın gündəliyinə təhlükəsizlik sahəsində genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı bir sıra sənədlər, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş, MDB ölkələri Silahlı Qüvvələrinin mühəndis təminatı sahəsində əməkdaşlıq haqqında saziş layihələri də iclasın gündəliyinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR