Bank Of Baku

Ermənistanda parlament seçkiləri keçirilir

Ermənistanda parlament seçkiləri keçirilir
# 06 may 2012 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, seçkilərdə səs vermək üçün 2,5 milyon seçici qeydiyyatdan keçib.

Parlamentdəki yerlər uğrunda 9 partiya və blok mübarizə aparır: Respublika Partiyası (sədri prezident Serj Sarkisyan), hakim koalisiyaya daxil olan “Çiçəklənən Ermənistan” və “Orinats Yerkir” (Hüquq dövləti) partiyaları, 18 siyasi təşkilatın daxil olduğu müxalif “Ermənistan Milli Konqresi” (lideri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan), Daşnaksutyun, “İrs”, “Birləşmiş ermənilər”, Demokratik və Kommunist partiyaları.

131 deputat yerindən 90-nı partiya siyahıları, 41-i isə birmandatlı seçki dairələri üzrə seçiləcək.

Partiyaların parlamentə düşə bilməsi üçün 5, blokların isə 7 faizlik baryeri keçmələri lazımdır.

Parlament seçkilərindən sonra Ermənistanda yeni hökumət formalaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR