Bank Of Baku

Ermənistanda keçirilmiş parlament seçkilərində kütləvi qanun pozuntuları qeydə alınıb

Ermənistanda keçirilmiş parlament seçkilərində kütləvi qanun pozuntuları qeydə alınıb
# 07 may 2012 09:38 (UTC +04:00)
Bakı-APA. Ermənistanda parlament seçkiləri kütləvi qanun pozuntuları ilə müşayiət olunub. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Qeqarkunik vilayətində hakim Ermənistan Respublika Partiyası hər seçiciyə 15 min dram (38$), “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları isə 10 min dram (25$) rüşvət veriblər.

“Armİnfo”nin yazdığına görə, 14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə rüşvət vermək üçün açıq hərrac keçiriblər. Eyni koalisiyada təmsil olunan iki partiyanın öz seçicilərinə eyni miqdarda - 25 dollar rüşvət təklif etməsi seçiciləri çaşdırıb. Pul alan seçicilər hansı namizədə səs verəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkiblər. 11 saylı seçki dairəsində isə namizədlərdən biri rəqibini üstələyərək hər seçiciyə verilən rüşvətin miqdarını 12 min drama (30$) qaldırıb. Rəqib partiyaların namizədləri səsvermə məntəqəsi qarşısına toplaşmış seçicilərin dəstəyini itirdiklərini anlayaraq qiyməti 15 min drama (38$) qaldırıblar. Helsinki Vətəndaş Assambleyasının Vandzor Ofisinə seçicilərə məntəqələrdə pul təklif edilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olub.

Ermənistanda keçirilmiş parlament seçkilərində qeydə alınan digər kütləvi qanun pozuntusu vətəndaşın vəsiqəsinə səs verdiyi barədə xüsusi möhür vurulması ilə bağlı olub. Məsələn 10 saylı seçki dairəsinin 1 saylı məntəqəsində vəsiqələrə möhür vurulsa da, mürəkkəb 15 dəqiqə sonra buxarlanaraq yoxa çıxıb və bundan istifadə edən seçicilər başqa məntəqələrdə təkrar səs veriblər. Müxalifət bir seçicinin bir neçə dəfə səs verməsinə şərait yaradan bu addımı hakimiyyətin seçkilərin nəticələrini kütləvi şəkildə saxtalaşdırmaq cəhdi kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR