Bank Of Baku

Moskvada icazəsiz aksiyalarda 300-dək şəxs saxlanılıb

Moskvada icazəsiz aksiyalarda 300-dək şəxs saxlanılıb
# 07 may 2012 20:28 (UTC +04:00)
Bakı-APA. Moskva polisi bazar ertəsi 300-dək icazəsiz mitinq iştirakçısını saxlayıb. Bu barədə Moskva şəhər Baş polis idarəsi məlumat yayıb.

«May bayramlarının əhval-ruhiyyəsini pozmamaq üçün Moskva polisinin çox yumşaq rəftar etməsi səbəbindən icazəsiz aksiya keçirməyə görə polis şöbələrinə çatdırılan bütün şəxslər profilaktik söhbətdən sonra buraxılırlar. Təəssüf ki, onların çoxu bundan sonra yenidən qayıdaraq qeyri-qanuni hərəkətlər etməyə cəhd edirlər və bir daha polis məntəqələrinə gətirilirlər», deyə idarənin məlumatında bildirilir.

Dünən Moskvada müxalifətin icazəli aksiyası zamanı qeyri-qanuni hərəkətlər etdiklərinə görə polis təxminən 450 nəfəri – o cümlədən təşkilatçılar Sergey Udalsovu, Aleksey Navalnını və Borisa Nemsovu saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR