Bank Of Baku

Rusiya Dövlət Duması Dmitri Medvedyevin baş nazir postuna namizədliyi məsələsini müzakirə edir - FOTO

Rusiya Dövlət Duması Dmitri Medvedyevin baş nazir postuna namizədliyi məsələsini müzakirə edir - <font color=red>FOTO</font>
# 08 may 2012 14:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya Dövlət Dumasının növbədənkənar plenar iclasında Dmitri Medvedyevin baş nazir postuna namizədliyi məsələsinə baxılır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda D. Medvedyev çıxış edib. O, Dövlət Dumasında təmsil olunan fraksiyaların tərkibində olan deputatların suallarını cavablandırıb. Daha sonra fraksiyaların nümayəndələri çıxış ediblər.

İclasın sonunda D. Medvedyevin baş nazir postuna namizədliyinin təsdiqlənməsi üçün seçkilər keçiriləcək.

Dünən səlahiyyətlərinin icrasına başlayan prezident Vladimir Putin Dmitri Medvedyevin baş nazir postuna namizədliyini irəli sürüb.

Namizədliyinin təsdiqlənməsi üçün D. Medvedyevə ən azı 226 deputatın səsi lazımdır.

Qeyd edək ki, Vahid Rusiya və Liberal Demokrat Partiyası fraksiyaları D.Medvedevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Kommunistlər və “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) isə D. Medevedevin əleyhinə səs verəcəklərini bəyan ediblər.

Belə olacağı təqdirdə, Dövlət Dumasının növbədənkənar plenar iclasında 450 deputatın hamısı iştirak edərsə, D. Medvedevin lehinə 294, əleyhinə 150 səs veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR