Bank Of Baku

Stalinin oğlunun ölümü ilə bağlı məxfi materiallar ictimaiyyətə açıqlanıb - FOTO

Stalinin oğlunun ölümü ilə bağlı məxfi materiallar ictimaiyyətə açıqlanıb - <font color=red>FOTO</font>
# 08 may 2012 15:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fakt ictimaiyyət üçün açıq elan edilən məxfi sənədlərdə öz əksini tapıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının Hərbi Tarix İnstitutunun baş elmi işçisi Mixail Zuev jurnalistlərə bildirib ki, 14-cü tank diviziyasının batareya komandiri Yakov Cuqaşvili 1941-ci il iyulun 16-da Lyasnovo rayonu ərazisində almanlara əsir düşüb. Cuqaşvili 1942-ci ilin iyununa kimi Qommelsbur şəhəri yaxınlığında düşərgədə saxlanıb. Təhqiqat zamanı Stalinin oğlunun 1943-cü ilin martında Zaksenxauzen “A” tipli xüsusi düşərgəsinə köçürüldüyü müəyyənləşib. O düşərgə rəhbərliyinə nifrətini açıq şəkildə ifadə etməsi ilə seçilirmiş. 1943-cü ilin sonlarında Cuqaşvili gəzintiyə çıxıb, növbətçi əsgər ondan baraka qayıtmağı tələb edərkən Stalinin oğlu tikanlı çəpərə doğru getməyə başlayıb. Növbətçinin qışqırığına cavab olaraq Stalinin oğlu onu söyməyə başlayıb. O gimnastyorkasını cıraraq əsgərə, “Atəş aç” deyib. Alman əsgəri Cuqaşvilinin başından atəş açaraq onu öldürüb.

Qeyd edək ki, indiyə kimi Yakov Cuqaşvilinin əsirlikdə ölməsi və döyüşdə həlak olması kimi iki versiya mövcud idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR