Bank Of Baku

Həkimlər Timoşemkonun aclıqdan çıxmasına yardım edəcəklər

Həkimlər Timoşemkonun aclıqdan çıxmasına yardım edəcəklər
# 09 may 2012 02:14 (UTC +04:00)
Bakı-APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko aclığı dayandırmağa və Xarkov şəhər xəstəxanasında alman həkim tərəfindən müalicə olunmağa razılıq verib.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, sabiq baş nazirin qızı Yevgeniya Timoşenko bildirib ki, Almaniyanın “Şarite” xəstəxanasının həkimi Litse Xarms Ukrayna həkimləri ilə birgə Timoşemkonun aclıqdan çıxmasına yardım edəcək və sonradan onun müalicəsinə başlayacaq. Həkim deyib ki, aclıq nəticəsində Timoşemko 10 kq arıqlayıb, onun temperaturu aşağı düşüb. Sabiq baş nazir təcili olaraq müalicə olunmalıdır.
Xatırladaq ki, Timoşenko Xarkov şəhər həbsxanasının mühafizəçiləri tərəfindən döyüldüyünü iddia edərək aprel ayından açlıq edir. Aprelin 7-də alman həkimləri Timoşenkonun onurğa sütununda problemlərin olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR