Bank Of Baku

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Moskva səmasındakı buludların qovulması əməliyyatına başlayıblar

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Moskva səmasındakı buludların qovulması əməliyyatına başlayıblar
# 09 may 2012 07:46 (UTC +04:00)
Bakı – APA. Rusiya Hərbi Hava Qüvvələri 9 mayda paytaxtda əlverişsiz hava şəraitinin hökm sürəcəyinə dair sinoptiklərin verdiyi proqnozla əlaqədar Moskva regionunda səmadakı buludların dağıdılması əməliyyatına başlayıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya HHQ-nin rəsmi nümayəndəsi, polkovnik Valdimir Drik hələlik bu iş üçün 4 təyyarənin cəlb olunduğunu, lazım gələrsə bu sayın artırılacağını açıqlayıb. An-26 və An-12 təyyarələri Moskvadan 20 km uzaqlıqda 8 min metr yüksəklikdə atmosferə duru azot səpələyir.
Buludların qovulması üçün 64 milyon rubl pul ayrılıb.

Qeyd edək ki, Moskvada Qələbə Günü ilə əlaqədar 230 ümumşəhər və 12 mindən çox lokal tədbir planlaşdırılıb. Tədbirlərdə 8 milyona yaxın insanın iştirakı gözlənilir. Qırmızı Meydanda isə hərbi parad keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR