Bank Of Baku

Gürcüstan mədəniyyət naziri: «David Qareci ərazisi Azərbaycana məxsusdur»

Gürcüstan mədəniyyət naziri: «David Qareci ərazisi Azərbaycana məxsusdur»
# 14 may 2012 22:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan mədəniyyət naziri Nika Rurua jurnalistlərə açıqlamasında David Qareci məbədilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparıldığını bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Nika Rurua gürcü din adamlarının Azərbaycan sərhədçiləri tərəfindən məbədə buraxılmadığı barədə informasiyasının yalan olduğunu deyib.
“Azərbaycan sərhədçiləri gürcü din adamlarını yox, xarici turistləri məbədə buraxmayıblar. Bu isə mənə də aydın deyil. Amma baxmayaraq ki, David Qareci gürcü məbədidir, bu ərazi Azərbaycana məxsusdur. Biz danışıqlar aparırıq ki, bu ərazi Gürcüstana verilsin. Amma bu zəmanətli proses deyil və son nəticə əldə etmək üçün ciddi diplomatik iş aparmaq lazımdır”, Rurua bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR