Bank Of Baku

Dmitri Medvedevə səs verən 4 müxalifətçi deputat partiyadan xaric edilib

Dmitri Medvedevə səs verən 4 müxalifətçi deputat partiyadan xaric edilib
# 15 may 2012 10:15 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyada müxalifətdə olan “Ədalətli Rusiya” Partiyası (“Spravedlivaya Rossiya”) Dövlət Dumasında mayın 8-də keçirilən səsvermədə Rusiya baş nazirliyinə namizəd Dmitri Medvedevin lehinə səs verdiklərinə görə 4 millət vəkilini partiyadan çıxarıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarı ilə Medevedevin lehinə səs verən deputatlar Aleksey Mitrofanov, Leonid Levin, Cəmaləddin Hasanov və Nikolay Lakutin partiya sıralarından xaric ediliblər.
Qeyd edək ki, “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov Dövlət Dumasında keçirilən səsvermədən əvvəl partiyasının D. Medvedevin əleyhinə səs verəcəyini, lehinə səs verənlərə qarşı isə ciddi tədbir görüləcəyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR