Bank Of Baku

Dmitri Medvedev yeni hökumətin tərkibini prezidentə təqdim edib

Dmitri Medvedev yeni hökumətin tərkibini prezidentə təqdim edib
# 15 may 2012 11:26 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın baş naziri Dmitri Medvedev yeni hökumətin tərkibini prezident Vladimir Putinə təqdim edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Kremldə V. Putinlə D. Medvedev arasında görüş keçirilib. Görüş zamanı baş nazir yeni hökumətdə təmsil olunacaq nazirlərin siyahısını prezidentə təqdim edib.

D. Medvedev prezidentə hökumətdəki nazir vəzifələrinə namizədlərlə məsləhətləşmələr apardığını söyləyib: “İstəyərdim ki, siz də həmin namizədlərlə məsləhətləşmələri davam etdirəsiniz”.

Hələlik yeni hökumətdə təmsil olunacaq nazirlərin siyahısı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR