Bank Of Baku

Mahaçqalada may ayında baş vermiş terror aktının təşkilatçısı zərərsizləşdirilib

Mahaçqalada may ayında baş vermiş terror aktının təşkilatçısı zərərsizləşdirilib
# 16 may 2012 04:25 (UTC +04:00)
Bakı-APA. Dağıstanın paytaxtı Mahaçqalada mayın 3-də partlayışlar törədən qruplaşmanın başçısı Hüseyn Mamayev öldürülüb. APA-nın verdiyi xəbərə görə, Rusiya xüsusi təyinatları Mamayevi Mahaçqalada Kumtorkalinskiy rayonunda bir evdə mühasirəyə alıblar. O hüquq mühafizə əməkdaşlarının təslim olmaq təklifinə silahlı müqavimət göstərib. Cavab atəş ilə terrorçu öldürülüb.

Xatırladaq ki, mayın 3-də Mahaçqalada baş vermiş iki partlayış nəticəsində 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Satavropol vilayəti istiqamətində avtomobillə hərəkət edən terrorçu-kamikadze Mahaçqalanın çıxışında polis postu yanında partlayıcı qurğunu işə salıb. İkinci partlayış isə hadisə yerinə xilasedicilər, təcili yardım və yanğınsöndürən briqadaları gələrkən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR