Bank Of Baku

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deputat mandatından imtina edib

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deputat mandatından imtina edib
# 16 may 2012 14:15 (UTC +04:00)
APA-nın məlumatına görə, o artıq imtina ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bir müddət əvvəl müxalifətin mitinqində çıxış edən Ter-Petrosyan bildirib ki, rəhbərlik etdiyi alyans parlamentdə çoxluğa sahib olsaydı, o deputat mandatından imtina etməzdi. Parlamentdə “Erməni Ümummilli Konqresi” alyansına sabiq baş nazir Qrant Baqratyan rəhbərlik edəcək. Eks-prezident mandatdan imtina etsə də, siyasətdən getməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, mayın 8-də keçirilmiş parlament seçkilərində “Erməni Ümummilli Konqresi” cəmi 7 mandat qazanıb. Alyans nəticələrlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlasa da, Ter-Petrosyandan fərqli olaraq “Erməni Ümummilli Konqresi” digər millət vəkilləri mandatdan imtina etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR