Bank Of Baku

Vladivostokda artilleriya anbarında yanğın başlayıb, ətraf qəsəbələrin əhalisi təcili evakuasiya olunur

Vladivostokda artilleriya anbarında yanğın başlayıb, ətraf qəsəbələrin əhalisi təcili evakuasiya olunur
# 18 may 2012 11:41 (UTC +04:00)
APA-nın məlumatına görə, anbardakı mərmilər partlamağa başlayıb, hadisə zamanı iki hərbçinin yaralandığı bildirilir. Mərmilərin partlaması təhlükəsi hələ də qalmaqdadır. Uzaq Şərq dəmiryolu xətlərində işləyən qatarların hərəkəti yanğın zonasında dayandırılıb. Artıq təhlükə səbəbilə hərbi hissənin yaxınlığında yerləşən Duxovskoye və Sunqaç yaşayış məntəqələrindən 700 nəfər evakuasiya olunub, Novorusanovka və Zelenodolskoye qəsəbələrindən isə 1100 nəfərin təcili köçürülməsinə başlanıb. Partlayışların davam etməsi yanğını söndürməyə imkan vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR