Bank Of Baku

Dağıstanda 5 silahlı öldürülüb

Dağıstanda 5 silahlı öldürülüb
# 19 may 2012 18:41 (UTC +04:00)
Bakı – APA. Dağıstanın paytaxtı Mahaçqalada 2 silahlı şəxs öldürülüb. APA-nın İnterfax agentliyinə istinadən verdiyi məlumata görə, hadisə polis əməkdaşlarının “Jiquli” markalı avtomobili saxladıb və orada yoxlanış aparmaq istəyərkən baş verib. Avtomobildə olan şəxslər polis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə silahlıların hamısı öldürülüb.
Eyni vaxt şəhərin Kirov və Novolak rayonlarında keçirilən xüsusi əməliyyat nəticəsində 3 silahlı öldürülüb.
Əməliyyatı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti həyata keçirib. Bildirilir ki, zərərləşdirilən silahlılar qətilər, partlayışlar törətməkdə şübhəli bilinərək axtarışda idilər.
Hüquq-mühafizə və dinc əhali arasında itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR