Bank Of Baku

Vladimir Putin köhnə nazirlərə prezident administrasiyasında vəzifə verib

Vladimir Putin köhnə nazirlərə prezident administrasiyasında vəzifə verib
# 22 may 2012 09:05 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin köhnə nazirləri prezident administrasiyasında vəzifələrə təyin edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, keçmiş daxili işlər naziri Rəşid Nurqaliyev Təhlükəsizlik Şurası katibinin muavini, keçmiş səhiyyə naziri Tatyana Qolikova, keçmiş iqtisadi inkişaf naziri Elvira Nabiullina, keçmiş təhsil naziri Andrey Fursenko, rabitə və informasiya naziri İqor Şeqolev prezidentin köməkçisi vəzifəsinə təyin olunublar.

Keçmiş nəqliyyat naziri İqor Levitin isə prezidentin məsləhətçisi vəzifəsinə təyin edilib.
Sergey İvanov prezident administrasiyasının rəhbəri vəzifəsində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR