Bank Of Baku

Avropa Parlamenti Ukrayna rəhbərliyini Yuliya Timoşenkonu dərhal həbsdən azad etməyə çağırıb

Avropa Parlamenti Ukrayna rəhbərliyini Yuliya Timoşenkonu dərhal həbsdən azad etməyə çağırıb
# 24 may 2012 14:06 (UTC +04:00)
Bakı – APA. Avropa Parlamenti mayın 24-də Ukraynadakı vəziyyətə dair qətnamə qəbul edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qətnamədə siyasi motivlə həbs olunmuş bütün şəxslərin, o cümlədən müxalifət liderlərinin dərhal azadlığa buraxılması tələb olunur. Bu sıraya sabiq baş nazir Yuliya Timoşenko, keçmiş daxili işlər naziri Yuri Lusenko və sabiq müdafiə naziri Valeri İvaşşenko aid edilir. AP Ukrayna rəhbərliyini bu ilin payızında keçiriləcək parlament seçkilərinə qədər siyasi məhbus problemini həll etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR