Rusiyanın yeni mədəniyyət naziri Leninin dəfn olunmasını təklif edib

Rusiyanın yeni mədəniyyət naziri Leninin dəfn olunmasını təklif edib
# 11 iyun 2012 11:42 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Medinski Leninin mumiyalanmış cəsədinin yerləşdiyi mavzoleyin isə muzey kimi fəaliyyət göstərə biləcəyini söyləyib: “Bu, mənim şəxsi fikrimdir. Bolşevik inqilabı liderinin cəsədinin hələ də nümayiş etdirilməsi axmaqlıqdır. Əzəldən bu yana olduğu kimi, ölənlərin cəsədləri torpağa basdırılmalıdır”.
Qeyd edək ki, 1924-cü ildə Vladimir Leninin ölümündən sonra onun mumiyalanmış cəsədi Qızıl Meydanda inşa olunan mavzoleydə saxlanılır. 1991-ci ildə SSSR-in süqutundan sonra Leninin cəsədinin dəfn olunması ilə bağlı mübahisələr yaranıb. Rusiya İctimai Fondunun keçirdiyi son sorğuya görə, Rusiya əhalisinin 56%-i Leninin dəfn olunmasını istəyir. Əhalinin 28%-i buna qarşı çıxarkən 16%-i isə qərarsızdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR