Bank Of Baku

Ukrayna parlamentinin spikeri Vladimir Litvin istefa verib

Ukrayna parlamentinin spikeri Vladimir Litvin istefa verib
# 04 iyul 2012 10:00 (UTC +04:00)
APA-nın məlumatına görə, o istefa qərarını parlamentin tribunasından çıxışı zamanı açıqlayıb.

“Xalq deputatlarından birinin dediyi kimi, biz onları pişik balaları kimi artırmışıq. İlk növbədə isə məni “artırmısınız”. Geniş mənada Ukrayna “artırmışır”, xalq “artırmışıq” və düşünürəm ki, bu “artımın” bəhrəsinin əziyyətini hələ çox çəkəcəyik. Xahiş edirəm mövqeyimi nəzərə alaraq mənim istefamı qəbul edəsiniz”. Spiker rus dilinin status ilə bağlı qanun layihəsi səsverməyə çıxarılan zaman zalda olmayıb.

Litvin bildirib ki, dünən Ukrayna prezidentinin yanında keçirilən iclasa dəvət olunub və iclas gecəyə yaxın başa çatıb. O məhz bu səbəbdən səsvermədə iştirak etmədiyini bildirib. Vladimir Litvinin istefa qərarı zalda olan jurnalistlər və deputat köməkçiləri tərəfindən alqışlarla qarşılanıb. Bu məsələni Ali Radanın gündəliyinə salmağı xahiş edən spiker zalı tərk edib.

Qeyd edək ki, Ukrayna Ali Radası dünən axşam iclasında gözlənilmədən dillər haqqında qanun layihəsini qəbul edib. Müxalifət deputatları buna mane olmağa çalışasalar da, parlament çoxluğu proseduru həyata keçirməyə müvəffəq olub. Layihə prezident tərəfindən imzalansa, o zaman rus dilinə əhalinin ən azı 10 faizinin bu dildə danışdığı bölgələrdə regional dil statusu veriləcək. Bu, Ukraynanın 27 inzibati-ərazi vahidindən 13-də rus dilinə regional dil statusu verilməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR