Bank Of Baku

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq edib

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq edib
# 04 iyul 2012 17:52 (UTC +04:00)
Bakı – APA. Gürcüstan parlamenti növbədənkənar iclasında Vano Merabişvilinin rəhbərlik etdiyi hökumətin tərkibini, həmçinin hökumətin 4 illik proqramını təsdiq edib. 102 deputat qərarın lehinə, 7-si isə əleyhinə səs veriblər.

Yeni hökumətdə daxili işlər naziri postunu keçmiş müdafiə naziri Baço Açilaya tutub. Müdafiə naziri vəzifəsinə keçmiş təhsil naziri Dmitri Şaşkin təsdiq olunub. Təhsil naziri vəzifəsinə isə indiyədək Milli imtahan mərkəzinə rəhbərlik etmiş Xatiya Dekanoidze gətirilib.

Dali Xomeriki qaçqınların, məcburi köçkünlərin işləri üzrə nazir vəzifəsində təsdiq edilib. Yeni hökumətdə məşğulluq üzrə dövlət naziri vəzifəsi də yaradılıb. Bu vəzifəyə «Caucasus Road Project» tikinti şirkətinin baş direktoru Paata Trapaidze gətirilib. Kabinetin digər üzvləri öz vəzifələrini saxlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR