Bank Of Baku

Herman Van Rompey Gürcüstan prezidenti ilə görüşüb

Herman Van Rompey Gürcüstan prezidenti ilə görüşüb
# 04 iyul 2012 19:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstan-Rusiya əlaqələri yaxşılaşdırılmalı, Gürcüstandakı münaqişələr tənzimlənməlidir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Avropa Birliyinin prezidenti Herman Van Rompey Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə prezident sarayında bağlı qapılar arxasında keçirdikləri görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa Birliyi regionda stabilliyin təmin olunması üçün bütün gücünü sərf edəcək. “Regionda stabillik çox vacibdir. Avropa Birliyi əlaqələri normal hala salmaq üçün bütün gücünü sərf edəcək”, deyə Rompey qeyd edib.

Avropa Birliyinin prezidenti Rompey Avropa Birliyinin müşahidəçi Missiyasının Gürcüstana gəlməsinin vacibliyini vurğulayıb. “Bizim nümayəndələrimiz regionda stabilliyin saxlanılmasında əsas rol oynayacaqlar”, - deyə o bildirib.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Birliyinin birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiya ilə danışıqlara kömək göstərdiyini bildirib. “AB ilk olaraq 2008-ci ilin avqust hadisələrində Rusiya tərəfə razılaşmanı yerinə yetirməyin vacib olduğunu bəyan edib. Lakin hələ indiyədək bu razılaşma yerinə yetirilməyib”, prezident qeyd edib.

Xatırladaq ki, Gürcüstana səfər edən Avropa Birliyinin prezidenti Herman Van Rompey Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşüb. Görüşdə Gürcüstanın Avropa strukturlarına inteqrasiya məsələsi, azad ticarət, vizasız rejim və regionda stabillik, Gürcüstanın AB-nə assosiyasiya üzvlüyü və Gürcüstanda payızda keçiriləcək parlament seçkilərinə aid məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR