Bank Of Baku

Qırğızıstanın sosial inkişaf naziri küllü miqdarda rüşvət almaq şübhəsi ilə həbs olunub

Qırğızıstanın sosial inkişaf naziri küllü miqdarda rüşvət almaq şübhəsi ilə həbs olunub
# 06 iyul 2012 03:46 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın Milli təhlükəsizlik dövlət komitəsi (MTDK) sosial inkişaf naziri Rövşən Sabirovu, küllü miqdarda rüşvət almaq şübhəsi ilə həbs edib.
APA-nın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, nazir MTDK-nın istintaq təcridxanasında saxlanılır. Bundan bir gün əvvəl MTDK-nın əməkdaşları sosial inkişaf nazirinin köməkçisini 10 min dollar rüşvət alarkən həbs ediblər. İstintaq müəyyən edib ki, nazirin köməkçisi beynəlxalq övladlığa götürülmə üzrə xarici şirkətdən akkreditasiyadan keçmək üçün 20 min dollar rüşvət tələb edib. O müstəntiqlərə bildirib ki, nazirin tapşırığı ilə iki dəfə xarici şirkətdən pul alıb və hər dəfə pulları Rövşən Sabirova verib.
Qırğızıstan prokurorluğu faktla bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR