Bank Of Baku

İran Rusiyadan 4 milyard dollar təzminat istəyir

İran Rusiyadan 4 milyard dollar təzminat istəyir
# 06 iyul 2012 08:57 (UTC +04:00)
APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, İran Cenevrədəki arbitraj məhkəməsində Rusiyanın “Rosoboroneksport” şirkətinə qarşı iddia qaldırıb.

Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında C-300 PMU-1 komplekslərinin alqı-satqısına dair müqavilə imzalanıb. Sövdələşmənin dəyəri 800 milyon dollar məbləğində olub. Komplekslərin İrana göndərilməsi əvvəlcə texniki səbəblərdən ləngiyib. 2010-cu ildə İrana silah satışını qadağa edən BMT qətnaməsi qəbul olunduqdan sonra isə müqavilənin icrası dayanıb. Prezident Dmitri Medvedev İrana hərbi təyyarə, helikopter, gəmi və zenit-raket komplekslərinin satışının qadağan edilməsi haqqında fərman imzalayıb. Rusiya İrandan aldığı 167 milyon dollar avansı geri qaytarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR