Bank Of Baku

Sergey Lavrov Suriya müxalifətinin təmsilçilərini qəbul edib

Sergey Lavrov Suriya müxalifətinin təmsilçilərini qəbul edib
# 09 iyul 2012 13:41 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya müxalifətinin təmsilçiləri ilə görüşüb. APA-nın Moskva müxbirinin məlumatına görə, Suriya müxalifətinin insan hüquqları müdafiəçisi Mişel Kilonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən S. Lavrov Suriyada baş verən silahlı münaqişələrin iqtidar və müxalifət arasında dialoqa mane olduğunu bildirib. Suriyadakı şiddətin bir an öncə dayandırılmalı olduğunu söyləyən Rusiyanın baş diplomatı “Annan planı”nın həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Rusiya Suriya hökuməti və müxalifəti ilə görüşərək “Annan planı”nı həyata keçirilməsinə çalışan ölkələrdən biridir. Cenevrədə əldə etdiyimiz razılıq bir an öncə həyata keçirilməlidir”.

Suriya müxalifətinin təmsilçisi Mişel Kilo Rusiyanın Suriyanın strateji tərəfdaşı olduğunu söyləyib: “Mövcud vəziyyətin normallaşması həm Suriya müxalifətinin, həm də Rusiyanın maraqlarına uyğundur. Təəssüflər olsun ki, hazırkı Suriya rejimi bizim tələblərimizə cavab vermir. Bizim Suriya xalqını təmsil etmədiyimizi söyləyirlər. Bu gedişlə Suriya, ölkələrarası münaqişələrin meydanına çevriləcək”.
Qeyd edək ki, iyunun 30-da Cenevrədə keçirilən konfransda Suriyada iqtidar və müxalifətin təmsil olunduğu “Beynəlxalq Keçid Hökuməti”nin qurulması istiqamətində razılıq əldə olunub. Konfransda ABŞ, Fransa, Çin, İngiltərə, Rusiya, Türkiyə, İraq, Küveyt və Qatar xarici işlər nazirləri iştirak ediblər.

Bir neçə gün sonra isə Parisdə “Suriya xalqının dostları” adlı konfrans keçirilib. 100-dən çox ölkənin qatıldığı konfransda çıxış edən ABŞ dövlət katibi Hilari Klinton Rusiya və Çinin Bəşər Əsəd rejiminə dəstək verdiyini və bunun əvəzini ödəyəcəklərini bildirib.

Rəsmi Moskva isə Parisdə keçirilən konfransı qeyri-əxlaqi adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR