Bank Of Baku

Rusiya Suriya ilə imzaladığı hərbi müqavilələri yerinə yetirəcək

Rusiya Suriya ilə imzaladığı hərbi müqavilələri yerinə yetirəcək
# 11 iyul 2012 13:33 (UTC +04:00)
Bakı – APA. Rusiya Suriyaya hava hücumundan müdafiə sistemləri və hərbi helikopterlərin satışına dair müqaviləni yerinə yetirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vyaçeslav Dzirkaln deyib.

Daha əvvəl imzalanmış müqaviləyə əsasən Rusiya Suriyaya “Buk-M2” və “Peçora-2M” zenit-raket kompleksləri, “Pantsir-C1” raket-artilleriya kompleksi və təmir olunmuş Mi-25 hərbi-nəqliyyat təyyarələri göndərməlidir. Başqa bir müqavilədə isə Suriyaya daha güclü zenit-raket kompleksi olan C-300 PMU2 sistemi satılması nəzərdə tutulur. Suriyaya HHM vasitələri və helikopterlər aparan “Alaid” adlı yük gəmisi iyunun 18-də Şotlandiya sahilləri yaxınlığında saxlanılaraq geri göndərilib.

V. Dzirkaln bildirib ki, Rusiya Suriyada sabitlik yaranana qədər bu ölkə ilə yeni hərbi müqavilələr bağlamayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR