Bank Of Baku

Ermənistan parlamenti: “Valentina Matviyenko Ermənistanda olan zaman Qarabağ konflikti haqqında hər hansı bir bəyanat verməyib”

Ermənistan parlamenti: “Valentina Matviyenko Ermənistanda olan zaman Qarabağ konflikti haqqında hər hansı bir bəyanat verməyib”
# 13 iyul 2012 19:36 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin KİV və ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
Bəyanat “Qraparak” qəzetinin 13 iyul nömrəsində dərc olunmuş yazı ilə bağlı yayılıb. Yazıda V. Matviyenkonun güya Dağlıq Qarabağ konflikti haqqında fikirləri yer alıb.
“Biz bəyan edirik ki, qəzetdə dərc olunan yazı tamamilə həqiqətə uyğun deyil. Bu barədə müzakirə nə rəsmi görüşlərdə, nə də nahar yeməyi vaxtı aparılıb. Təəssüflər olsun ki, KİV-lərdə tez-tez həqiqətə uyğun olmayan informasiyalar yayılır, bu yazı da həmin həqiqətə uyğun olmayanlardandır”,- sənəddə deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR