Bank Of Baku

Dağıstanda keçirilən əməliyyatda 7 terrorçu öldürülüb

Dağıstanda keçirilən əməliyyatda 7 terrorçu öldürülüb
# 14 iyul 2012 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dağıstanda terrorçulara qarşı hərbi əməliyyat keçirilib.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, silahlı toqquşma Dağıstanın Qayakənd rayonunda baş verib. Rusiya Federasiyası Daxili Qoşunlarının yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat zamanı 7 terrorçu öldürülüb.

Silahlı toqquşmada Daxili Qoşunların 1 hərbi qulluqçusu da ölüb. Məlumatda o da bildirilib ki, öldürülən 5 terrorçunun meyiti hökumət qüvvələri tərəfindən ələ keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR