Bank Of Baku

Tacikistan prezidentinin yeznəsini qətlə yetirmiş şəxs həbs olunub

Tacikistan prezidentinin yeznəsini qətlə yetirmiş şəxs həbs olunub
# 16 iyul 2012 08:26 (UTC +04:00)
APA-nın məlumatına görə, Tacikistan Daxili İşlər Nazirliyi həbs olunan şəxsin adını və cinayətin motivini açıqlamayıb. Nazirliyin rəsmi məlumatında yalnız aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxsin saxlandığı bildirilir.

Qeyd edək ki, 57 yaşlı Xolmumin Səfərov prezidentin böyük bacısının həyat yoldaşıdır. O, “Meşə təsərrüfatı və ov” dövlət müəssisəsinə rəhbərlik edib. Səfərov iyunun 14-nə keçən gecə Düşənbədə qətlə yetirilib. Naməlum şəxslər prezidentin yeznəsinə tapançadan bir neçə dəfə atəş açıblar. Xolmumin Səfərov aldığı güllə yaralarından hadisə yerində keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR