Bank Of Baku

Vladimir Putin: “Bəşər Əsəd qanuni yolla hakimiyyətdən getməlidir”

Vladimir Putin: “Bəşər Əsəd qanuni yolla hakimiyyətdən getməlidir”
# 23 iyul 2012 23:31 (UTC +04:00)
Moskva.Fərid Əkbərov – APA. “Bəşər Əsəd qanuni yolla hakimiyyətdən getməlidir, əks təqdirdə Suriyada sonu olmayan vətəndaş müharibəsi başlayacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İtaliya baş naziri Mario Monti ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin qeyri-konstitusion yollarla vəzifəsindən getməsi bu ölkədə sonu olmayan vətəndaş müharibəsinin başlanmasına səbəb olacaq: “Rusiya Əsədin qeyri-qanuni yolla hakimiyyətdən getməsindən narahatlıq duyur. Bu vəziyyətdə müxalifət və hazırkı iqtidar yer dəyişdirəcək. Vətəndaş müharibəsi isə davam edəcək. Bizim fikrimizcə Suriyadakı vəziyyət şiddətin dayandırılması və müzakirələrin başlanılması yolu sabitləşə bilər. Sonra isə köklü dəyişikliklərin həyata keçirilməsinə imkan yaranar, yəni, Bəşər Əsəd hakimiyyətdən gedə bilər”.
V. Putin Suriya konfliktinin həlli yolunun Kofi Annan planının həyata keçirilməsi olduğunu söyləyib: “Suriyada bütün tərəfləri xalqın rifahı üçün birləşməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR