Bank Of Baku

Avropa Birliyi viza rejiminin liberallaşmasına kömək üçün Gürcüstanla ekspertlər qrupu göndərəcək

Avropa Birliyi viza rejiminin liberallaşmasına kömək üçün Gürcüstanla ekspertlər qrupu göndərəcək
# 24 iyul 2012 11:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avropa Birliyi (AB) və Gürcüstan arasında viza rejiminin liberallaşdırılması barədə Brüsseldə idarələrarası işçi qrupu səviyyəsində müzakirələr aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Tədbirdə Gürcüstanı təmsil edən idarələrarası nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tornike Qordadze rəhbərlik edib.

T. Qordadze Avropa Daxili İşlər Komissiyasının baş direktorluğunun rəhbəri Stefan Manservis və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Pierre Vimon ilə görüşlər keçirib. Tərəflər viza rejiminin liberallaşdırılması çərçivəsində Gürcüstanın planlarını, eyni zamanda Gürcüstan və Avropa Birliyi arasında plan üzrə dialoqun gedişini müzakirə ediblər.

Sentyabrın ortalarında AB Gürcüstanla viza rejiminin liberallaşdırılması üzrə milli planın hazırlanması məqsədilə bu ölkəyə ekspertlər qrupu göndərəcək. Görüşdə Gürcüstan tərəfinə viza rejiminin liberallaşdırılması ilə bağlı danışıq qaydaları təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR