Bank Of Baku

Moskva və bütün Rusiyanın patriarxı Sverdlovskda yol kənarından 248 insan dölünün tapılmasına sərt münasibət bildirib

Moskva və bütün Rusiyanın patriarxı Sverdlovskda yol kənarından 248 insan dölünün tapılmasına sərt münasibət bildirib
# 24 iyul 2012 16:11 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rus Ortodoksal Kilsəsinin Patriarxı Kiril yol kənarında 248 insan dölünün tapılmasına sərt münasibət bildirərək, “aborta son qoyulsun!” deyə bütün Rusiya xalqına müraciət edib.

Kilsənin mətbuat xidmətinin rəhbəri Vladimir Leqoyda Patriarx Kirilin baş verən hadisədən dərin hüzn duyduğunu bildirib: “İnsan döllərinə bu cür davranış qəbuledilməzdir. İnsanların doğmamış körpələrə bir zibil və ya tibb sənayesinin xammalı kimi münasibəti cəmiyyət və dövlətə demoqrafik problemi həll etməyə imkan verməyəcək”. Patriarx abortun dini cəhətdən də qəbuledilməz olduğunu söyləyib.

Qeyd edək ki, dünən Yekaterinburq-Nijni Tagil yolunun kənarında aşkar olunan çəlləklərdən 248 insan dölü tapılıb. Bütün Rusiyanı şoka salan bu hadisə yerli sakinlərin təsadüfən bidonları aşkar etməsi nəticəsində ortaya çıxıb. Hadisə şahidlərinin bildirdiyinə görə, çəlləklərin qapağı açılan zaman insan dölləri yerə dağılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk bölgəsi üzrə nümayəndəsi Valeri Qorelix hüquq-mühafizə orqanlarının Sverdlovska gələrək tədqiqata başladıqlarını söyləyib: “Aşkar edilən 248 ədəd insan dölünün üzərindəki vərəqələrdə xəstəxana nömrəsi və analarının adları yazılıb. Bu, həqiqətən də qorxunc bir hadisədir. İnsan döllərinin bu əraziyə kimlər tərəfindən və hansı xəstəxanadan gətirildiyi dəqiqliklə araşdırılır”.

Döllərin aşkar edildiyi Nevyanski rayon Polis İdarəsinin rəsmiləri aşkarlanan döllərin digər bölgələrdən və ya qonşu Yekaterinburqdan gətirildiyini söyləyiblər: “Bizim rayon üçün bu qədər abort və ölü doğum sayının olması mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR