Bank Of Baku

Sergey Lavrov Türkiyənin Suriya ilə sərhədləri bağlamasına münasibət bildirib

Sergey Lavrov Türkiyənin Suriya ilə sərhədləri bağlamasına münasibət bildirib
# 25 iyul 2012 14:20 (UTC +04:00)
APA-nın Moskva müxbirinin xəbərinə görə, kiprli həmkarı Eratu Kozaku ilə birlikdə keçirdiyi mətbuat konframsında çıxış edən Sergey Lavrov Tükiyə ilə Suriyanın sərhəd məntəqələrinin “Əl-Qaidə”yə bağlı qrup tərəfindən ələ keçirildiyi ilə bağlı bəzi mıəlumatların olduğunu söyləyib: “Suriyanın İraq və Türkiyə ilə sərhəd məntəqələrinin Suriya müxalifəti tərəfindən ələ keçirilməsi ilə bağlı yayılan məlumatlar araşdırırlır”.

S. Lavrov bu məlumatları diqqətlə araşdırdıqlarını söyləyib: “Türkiyə ilə sərhəddə türk mal və mülklərinə basqınla bağlı faktlar da var. Bəzi məlumatlara görə, sərhəd məntəqələri Azad Suriya Ordusundan başqa, birbaşa “Əl-Qaidə”yə bağlı qruplar tərəfindən ələ keçirilib”.

Nazirin sözlərinə görə, terrorçuların bölgəni işğal etməsinə bəzi ölkələr də dəstək verir: “Rəsmi Moskva bunu bilmək istəyir: Bu ölkələrin məqsədi nədir?” Onların Suriya konfliktinin həllində əsl mövqeyi nədən ibarətdir?!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR