Bank Of Baku

“Marneuli rayon icra hakimiyyətinin başçısına 10 sual” adlı görüş keçirilib - FOTO

“Marneuli rayon icra hakimiyyətinin başçısına 10 sual” adlı görüş keçirilib - <font color=red>FOTO</font>
# 27 iyul 2012 14:28 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Rayon icra hakimiyyəti başçısına 10 sual” adlı görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Marneuli rayon icra hakimiyyəti başçısı Zaza Dekanoidze bölgədə fəaliyyət göstərən QHT təmsilçisiinin müxtəlif məzmunlu suallarına cavab verib. Görüşdə rayon rəhbəri ilə birgə onun müavinləri Heydər Musayev və Aliko Metreveli də iştirak edib. Görüş maraqlı və işgüzar, eyni zamanda dialoq şəkilində davam edib. QHT təmsilçilərindən Səbinə Talıbova, Sabir Mehdiyev, Olqa Endeladze, Emin Əhmədov, Tamar Mjavanadze, Əsəd Əliyev və başqaları gürcü və azərbaycanlıları düşündürən və narahat edən mövcud problemlər barədə icra hakimiyyəti rəhbəri Z. Dekanoidzeyə suallar veriblər.

Zaza Dekanoidze torpaq, içməli su və suvarma suyu və gənclərin inkişafı, uşaq bağçalarının vəziyyəti ilə əlaqədar bütün sualları cavablandırıb və QHT təmsilçiləri ilə birlikdə problemlərin həlli yolları üçün fikir mübadiləsi aparıb. Onun sözlərinə görə, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün servis mərkəzləri tikilib və fəaliyyət üçün istənilən texnika gətirilib. “İndi torpaqla məşğul olan kəndli bu servislərə müraciət edəcək və həmin dəqiqədən başlayaraq müxtəlif təyinatlı texnika onun öhdəsinə veriləcək. Biz gələcəkdə kiçik zavodlar da tikməyi nəzərdə tutmuşuq. Burada 300-400 nəfər işlə təmin olunacaq. Eyni zamanda kənd təsərrüfatı məhsullarının xarab olmaması üçün böyük həcmli soyuducular da tikiləcək və ilk vaxtlar soyuducular dövlətin vəsaiti hesabına fəaliyyət göstərəcək.”

İqtisadi durumla bağlı sualı cavablandıran Marneuli rayon icra hakimiyyətinin başçısı 2004-cü ildə rayon büdcəsinin 1 milyon 300 min lari olduğunu və bunun yalnız əmək haqlarını ödəməyə sərf olunduğunu bildirib: “İndi isə büdcəmiz 19 milyon laridir. Bu bizə əsas verir ki, Marneuli sakinlərinin bütün ehtiyaclarını yavaş-yavaş ödəyək. İki gündən sonra Ermənistanla sərhəddə yerləşən Qasımlı kəndində asfalt yol çəkilişinə başlanılacaq və bu kəndin içməli su probleminin həlli üçün büdcədən 300 min lari vəsait ayırmışıq. Getdikcə imkanlarımız artır və büdcəmizdəki vəsaitdən əhalinin infrastrukturunun daha da yaxşılaşması üçün maksimum dərəcədə istifadə edəcəyik”.

Zaza Dekanoidze əhalinin emiqrasiya prosesinə də münasibət bildirib: “Bu məsələ ilə mən yaxından tanışam. Əlbəttə, emiqrasiya var, amma geri qayıdan əhalimiz getdikcə çoxalır. Bu problem ölkə rəhbərliyinə və baş nazirə də yaxşı tanışdır. İndi bu mövzu ilə bağlı dövlət komissiyası işləyir və hər ailədə yaranan problem və işsizliklə bağlı qeydlər aparılır”.
Marneuli rayon icra başçısı Zaza Dekanoidze Dövlət Reyestr Xidmətində azərbaycanlıların soyadlarının və yaşadığı küçələrin səhv yazıldığına dair sualı təəssüflə qarşılayıb. O bildirib ki, əlaqədar təşkilatlar bu problemlə ciddi məşğul olacaq və yerli icra nümayəndələrinə də müvafiq imtiyazlar veriləcək.

Zaza Dekaonidze tədbirdə rayonun Ağməmmədli kəndindən gələn bir qrup sakini də dinləyib və onlara cavabında suvarma və içməli su problemlərinin həllinə çalışacağını bildirib. “Hazırda sərhəd kəndlərində vəziyyət nisbətən yaxşıdır. Əvvəllər Ermənistan tərəfdən suvarma suyunun qarşısı kəsilirdi və biz erməni tərəfi ilə danışıqlar apardıq və indi suvarma su təchizatı yaxşılaşıb, amma bu problemlərin həlli üçün qrafikə ciddi əməl etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR