Bank Of Baku

Kaxeti bölgəsində təbii fəlakətdən zərər çəkən əhalinin siyahıya alınmasına başlanıb

Kaxeti bölgəsində təbii fəlakətdən zərər çəkən əhalinin siyahıya alınmasına başlanıb
# 30 iyul 2012 08:11 (UTC +04:00)
Laqodexi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Şərqində yerləşən Kaxeti bölgəsində iyunun 18-də baş verən təbii fəlakətdən zərər çəkən əhalinin siyahıya alınmasına başlanılıb. Bu barədə APA-nın Gürcüstan bürosuna Laqodexi rayon Qabal kənd icra nümayəndəsi Camal Niyazov məlumat verib. Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb və komissiya üzvləri istər gürcü, istərsə də azərbaycanlılar yaşayan kəndlərdə dolu və güclü küləkdən zərər çəkən əhalini siyahıya alır: “Biz artıq zərər çəkən kənd sakinlərinin siyahısını komissiyaya təqdim etmişik. Ümumilikdə dolu yağması nəticəsində 24 təsərrüfata zərər dəyib. Dolu sakinlərimizin becərdiyi qarğıdalı sahəsinə ciddi ziyan vurub. Becərilən məhsulun 50-70 faizi məhv olub. Bəzilərinin 10 hektar, bəzi sakinlərin isə 50 hektar məhsul sahəsi yararsız hala düşüb. Bu günlərdə dövlət fəsadları aradan qaldırmaq üçün yardım ayırıb və məhsulu bütünlüklə zay olan kəndliyə 1500 lari, 80 faiz məhv olan məhsul sahəsi üçün kəndliyə 1000 lari və 50 faiz məhv olan məhsul sahəsi üçün 500 lari ödəyəcək”.
Xatırladaq ki, güclü dolu azərbaycanlıların kompakt yaşadığı Qabal və Qaracalar kəndlərindəki qarğıdalı sahələrinə ciddi ziyan vurub. Hər iki kənddən bir az uzaqda yerləşən 400 hektar icarə torpağında becərilən qarğıdalı sahələri məhv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR