Bank Of Baku

Gürcüstanda növbəti parlament seçkilərinin tarixi açıqlanıb

Gürcüstanda növbəti parlament seçkilərinin tarixi açıqlanıb
# 01 avqust 2012 16:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda növbəti parlament seçkiləri oktyabrın 1-də keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, seçkilər bazar ertəsi keçiriləcək. Bu barədə Gürcüstan prezidentinin mətbuat spikeri Manana Mancqaladze məlumat verib. Onun sözlərinə görə, ölkə prezidenti hər bir vətəndaşı seçkilərdə fəallığa çağırıb: “Gürcüstan seçkilərə qədər ölkədə situasiyanın yaxşılaşdırılması üçün çox işlər görüb. Bunun üçün ölkəyə xarici müşahidəçilər dəvət olunub. Seçicilərin siyahısını dəqiqləşdirmək üçün komissiya yaradılıb. Keçiriləcək seçkiləri yayımlamaq üçün televiziyalar kabel şəbəkəsinə qoşulub. Partiyalar haqqında seçki müddətində normalar işlənərək hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR