Bank Of Baku

Vladimir Putin: “Kofi Annanın istefasına təəssüfləndim”

Vladimir Putin: “Kofi Annanın istefasına təəssüfləndim”
# 03 avqust 2012 09:26 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Kofi Annanın BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən istefa verməsinə münasibət bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Kofi Annanın istefa verməsindən təəssüfləndiyini söyləyib: “Kofi Annan təcrübəli bir diplomat və çox dürüst bir insandır. Bu səbəbdən onun BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən istefa verməsinə kədərləndim. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Suriyada vəziyyəti idarə etmək üçün çalışmalarını davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR