Bank Of Baku

Prokuror “Xilasedici İsa Kilsə”sini təhqir edən “Pussy Riot” qrupunun üzvlərinə cəza istəyib

Prokuror “Xilasedici İsa Kilsə”sini təhqir edən “Pussy Riot” qrupunun üzvlərinə cəza istəyib
# 07 avqust 2012 11:58 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Bu ilin fevralında Moskvadakı “Xilasedici İsa Kilsəsi”nə (“Xram Kresta Spasatelya”) girərək mahnı ifa edən və bu səbəbdən həbs olunan qızlardan ibarət “Pussy Riot” rok qrupunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prosesdə prokuror rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviçin hər birinin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının sözlərinə görə, təqsirləndirilən şəxslər xuliqanlıq törədiblər və onlar Rusiya Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə ittiham olunurlar: “Onların törətdiyi bu cinayət cəmiyyətdə böyük rezonans doğurub. Qızların əməlləri ictimai günah sayılır. “Xilasedici İsa Kilsəsi” Rusiya vətəndaşlarının inam simvoluna xidmət edir. Lakin kiləsni təhqir etməkdə təqsirləndirilən şəxslər üçün bu heç bir məna ifadə etmir”.

Qeyd edək ki, “Pussy Riot” rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviç fevral ayında həbs olunublar. Onlar “Xilasedici İsa Kilsəsində” çəkdiyi videoçarxı internetdə paylaşıblar. Həmin videoçarxda qrup üzvlərinin maska geyinərək kilsədə mahnı ifa etdikləri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR