Sosioloji sorğu: Ermənistanda əhalinin 37,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşasa da, taleyi ilə barışıb
07 avqust 2012 14:00 (UTC +04:00)
Bakı-APA. Ermənistan əhalisinin 49 faizi pis şəraitdə yaşayır, lakin taleyi ilə barışıb. Bu nəticə İPSC siyasi və sosial məsləhətləşmələr institutu tərəfindən keçirilmiş sorğu nəticəsində meydana çıxıb. Sorğu 2010-2011-ci illərdə ölkədə yaşayış keyfiyyəti indeksinin müəyyən olunması məqsədilə keçirilib.
Sorğuya cəlb olunan şəxslərin 49 faizi bildiriblər ki, həyat səviyyəsinin qənaətbəxş olmaması ilə razılaşıblar. Respondentlərin 10,3 faizi kifayət qədər yaxşı yaşayır və öz vəziyyətindən razıdır. Əhalinin 3,3 faizi yaxşı yaşasa da, öz vəziyyətindən razı deyil. Əhalinin 37,4 faizi yaşayış səviyyəsindən razı deyil və narazılıqlarını qoruyub saxlayırlar.
İnstitutun analitiki Samvel Manukyanın sözlərinə görə, 2010-cu illə müqayisədə ölkədə yaşayış səviyyəsinin keyfiyyəti 3 faiz artıb. O hesab edir ki, bu artım miqrasiyada mənfi saldo ilə bağlı ola bilər: “Hər il ölkəni orta hesabla 30 min nəfər tərk edir. Ölkəni tərk edənlər narazı əhalidir, buna görə də Ermənistanda narazı fərdlərin sayı getdikcə azalır”.

MDB
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024
Erməni deputat: Paşinyan istefa vermək məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil
17:32
17 may 2024