Bank Of Baku

Qazaxıstanda kütləvi qətlin qurbanlarının sayı 11-ə yüksəlib

Qazaxıstanda kütləvi qətlin qurbanlarının sayı 11-ə yüksəlib
# 14 avqust 2012 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi Kriminal Polisinin rəis müavini Arman Orazaliyev bildirib.

“Polis əməkdaşları daha üç meyit aşkarlayıblar. Bununla da, öldürülənlərin sayı 11-ə çatıb”, - deyə rəis müavini bu gün keçirdiyi brifinqdə qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Aksaysk dərəsində öldürülmüş səkkiz nəfərin meyiti aşkarlanıb. Ehtimallara görə, öldürülənlərdən biri tanınmış yeger, brakonyerlərə qarşı sərt münasibətilə ad çıxarmış Panayot Zaxaropylodur. Digərlərinin isə onun işçiləri olduğu güman edilir.

Polis həmçinin P. Zaxarovla bir yerdə işləyən oğlunun dağıdılmış maşınını tapıblar. Avtomobilin salonunda qan izləri olub. Maşının sahibinin harada olduğu isə hələlik məlum deyil.

Öldürülənlərdən 6-nın şəxsiyyəti artıq müəyyənləşib.

Qətlin motivləri hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR