Bank Of Baku

Dağıstanda maskalı şəxslər məsciddə ibadət edənlərə atəş açıb, səkkiz nəfər yaralanıb

Dağıstanda maskalı şəxslər məsciddə ibadət edənlərə atəş açıb, səkkiz nəfər yaralanıb
# 18 avqust 2012 22:54 (UTC +04:00)
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, saat 20.55 dəqiqədə iki maskalı naməlum şəxsin şiə məscidinə daxil olaraq, odlu silahdan oradakılara atəş açmaları barədə məlumat daxil olub.

Hadisə yerinə istintaq orqanlarının əməkdaşları gəlib. Məsciddə şübhəli bağlama aşkarlanıb. Əraziyə istehkamçılar çağırılıb. Hadisənin kimlərin törətdiyi hələlik məlum deyil.

Atışma nəticəsində 8 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər Xasavyurt Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Dağıstan DİN bütün böyük məscidləri, o cümlədən Mahaçqalada mərkəzi məscidi nəzarət altına alıb.

Qeyd edək ki, avqustun 19-da Ramazan ayı baş çatır, dünya müsəlmanları bayramı qeyd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR