Bank Of Baku

Qazaxıstanda ağır yol qəzası baş verib

Qazaxıstanda ağır yol qəzası baş verib
# 20 avqust 2012 07:35 (UTC +04:00)
Bakı – APA. Qazaxıstanın Akmola vilayətində sərnişin avtobusu və «KamAZ» markalı yük maşınının toqquşması nəticəsində 15 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb. APA-nın «Interfax» agentliyinə istinadən məlumatına görə, qəza Astana şəhərindən 30 km aralıda baş verib.

Polisin məlumatına görə, Astanadan Karaqandaya gedən avtobusda 26 sərnişin, FHN-in məlumatına görə isə, 31 sərnişin olub. Eyni zamanda, xəsarət alanların sayı barədə də fərqli məlumatlar verilir. Belə ki, polis 16 nəfərin, FHN isə 22 nəfərin yaralandığını bildirir.

İlkin məlumata görə, qəzaya səbəb «KamAZ»ın qarşı yola çıxması olub. Hər iki avtonəqliyyat vasitəsinin sürücüləri yerindəcə həlak olublar. Qeyd edilir ki, bundan əlavə avtobusun arxasınca gedən «Audi» markalı minik avtomobili də qəza iştirakçısı olub. Onun sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR